“Yazılanlar ara qızışdırmaq üçündür”- Hacı İbrahim Nehrəmli

"Khazar Island" ("Xəzər adaları") layihəsini həyata keçirən "Avesta" konserninin prezidenti Hacı İbrahim İbrahimov (Nehrəmli) bir sıra mətbu orqanlarda "Khazar İslands" layihəsinin iflasa uğraması və xarici investorların geri çəkilməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Hacı İbrahim Nehrəmli publika.az-a açıqlamasında deyib: "İndiyədək heç bir xarici investor "Khazar İslands"a pul qoymayıb, hamısı hələ fikirləşir. İndiyədək nə iş görülübsə, öz pulumla olub. Xarici investorlar hələ indi hazırlaşırlar ki, gətirib pul qoysunlar. İndiyədək mənim "Khazar İslands"a 1 milyard 100 milyon manat pul qoymuşam".
Hacı İbrahim türkiyəli tanınmış iş adamı Əli Ağaoğlu ilə hazırkı münasibətlərinə də toxunub: "Əli Ağaoğlu sadəcə olaraq layihəyə baxmağa gəlmişdi, o bu layihəyə pul qoymayıb. Ağaoğlu bura pul qoymağa gəlməmişdi. O da tanış oldu və sonra da razı qalıb getdi".
Hacı İbrahim nəqliyyat naziri Ziya Məmmədovla münasibətləri barədə mətbuatda yazılanlara da aydınlıq gətirib: "Ziya Məmmədov mənim dostumdur, mənim ona simpatiyam var. Bizimlə bağlı nə yazılırsa, ara qızışdırmaq üçündür. Ziya Məmmədovla mənim aramı vurmaq istəyirlər".

AzNews.az