Həmidə Ömərova: “Nuriyyə Əhmədovanın vəziyyəti ağırdır”

"Azərbaycanın xalq artisti Nuriyyə Əhmədovanın vəziyyəti ağırdır".

Bunu AzNews.az-a açıqlamasında xalq artisti Həmidə Ömərova deyib.
O bildirib ki, onu avtomobilin vurması haqda deyilənlər həqiqətə uyğun deyil: "Sərnişin avtobusunda gedirmiş. Sürücü əyləci elə vurub ki, Nuriyyə xanım yıxılıb, onurğa sütünü zədələnib. Hazırda vəziyyəti ağırdır".

H. Ömərova xalq artistinin hazırda Sabunçu rayonundakı 3 saylı şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirildiyini də deyib.

Qeyd edək ki, bu gün günorta saatlarında xalq artısti Nuriyyə Əhmədovanın avtomobil qəzasına düşdüyü haqda məlumat yayılmışdı.

Bahar Rüstəmli
AzNews.az