- Köhnə - Cəmiyyət
- 14 Aprel 2014 10:18
- 5 653
MRTŞ-dan sərt xəbərdarlıq: “ANS unutmasın ki,...“
![](https://www.aznews.az/storage/photos/MTRS__300d.jpg)
Bu sözləri Aktual.az-a Milli Tеlеviziyа və Rаdiо Şurаsının Aparat Rəhbəri Toğrul Məmmədov ANS-in MRTŞ-lə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciətinə münasibət bildirərkən deyib.
Toğrul Məmmədovun sözlərinə görə, ANS TV rəhbərliyi bu iddianı hələ mart ayından qaldırıb: "Bununla bağlı hətta onların əsassız iddialarına görə mart ayında hazırlıq iclası da keçirilib. Onu da deyim ki, biz ANS-ə cərimə kəsməliydik, lakin MRTŞ-in humanistliyi əsasında onlara xəbərdarlıq edildi. Onlar da götürüb əsassız şəkildə məhkəməyə müraciət ediblər".
MRTŞ rəsmisi telekanala xəbərdarlıq etməyi də unutmadı: "Son olaraq onu da qeyd edim ki, hər hansı bir qanun pozuntusu olacaqsa, MRTŞ bununla bağlı ciddi tədbirlər görəcək. ANS unutmasın ki, biz qanunun keşiyində dururuq".
AzNews.az