"Yazılanlar daha çox qara piara bənzəyir" - Zeynal Məmmədli

Son günlər mətbuatımızda məmur övladları, maşın videolarının gündəmdə olması, medianın bu məsələnin üzərində dayanması ilə bağlı media eksperti Zeynal Məmmədli İnterpress.az-a danışıb: O, bir qrup mətbu orqanın eyni anda bir mövzunun üzərinə getməsini araşdırmadan çox qara piara bənzədiyini deyib.

"Mətbuat vətəndaşların maraqlandığı, diqqətin çəkdiyi şeyləri araşdıraraq ortaya çıxarmalıdır. Bu zaman da oxucuların diqqətini çəkmək olar, ancaq bir qrup mətbu orqanın eyni anda və eyni şeyləri işıqlandırması insanı düşündürür. Mətbuatımızda son günlər yazılanlar ifşadan daha çox qara piara bənzəyir.