Çingiz Qənizadə Leyla Yunusu sərt tənqid etdi


"Leyla Yunusun ölkədən çıxışına qadağan qoyula bilər".

Bunu AzVision.az-a açıqlamasında hüquq müdafiəçisi, millət vəkili Çingiz Qənizadə bildirib.

Deputat hesab edir ki, zərurət yaranarsa istintaq hərəkətləri ilə bağlı dindirilməsi üçün Leyla Yunusun ölkədən çıxmasına qadağa qoyula bilər.

"İstənilən şəxsin müəyyən istintaq hərəkətləri ilə bağlı şahid qismində dindirilməsi zərurəti yarandığında müvəqqəti olaraq ölkədən çıxışına qadağan qoyula bilər. Amma bunu bilə-bilə istər Leyla Yunus, istərsə də başqası ölkədən çıxmağa cəhd edirsə, təbii ki, bu, yolverilməzdir".

Ç.Qənizadənin sözlərinə görə, Leyla Yunus ictimaiyyəti cəlb edə biləcək şouların yaranmasında həmişə maraqlı olub:

"Videoda Leyla Yunusun evinin qarşısında düzənlədiyi şouya baxdım. Əlində alma yeyə-yeyə polisin papağını yerə atmaq, qadın olsa da tualetə getdiyi anı təsvir etməklə, qışqıra- qışqıra sözlərini deməsi, bütün bunlar Leylanın şoularından biridir. Leyla həmişə bu cür şouları düzəltməkdə maraqlı olub və indi də onun əlinə bir məqam düşüb".

Deputatın fikrincə, L.Yunus bu cür şoulardan istifadə etməyə çalışır.

"Bütün bunlar onu görədir ki, sabah Leyla Yunus bütün bunlardan istifadə edərək, xarici dövlətlərin, xarici təşkilatların yanında özünün əzabkeş obrazını ortaya qoysun, gələcəkdə bunlardan bəhrələnsin. Bütün bu baş verənləri pisləyirəm, hesab edirəm ki, hüquq-mühafizə orqanlarının çağırışına və onların ortaya qoyduğu hər hansı bir məhdudiyyətə, hər hansı bir tələbə qanuni şəkildə əməl etmək lazımdır. Bundan şou düzəltmək olmaz. Hələ gələcəkdə nə baş verəcəyi bilinmir. Burada Leyla Yunusun bir marağı var, yaranan situasiyadan şou düzəltmək və bu şounun altında özünə maraqlı bir siyasi divident əldə etmək. Onun buraxılması gözlənilən idi, çünki onun barəsində hər hansı bir qərar olmalıdır, təbii ki, o, dindirilib,sərbəst buraxılmalı idi".