Azərbaycanda yeni agentlik fəaliyyətə başladı – Azerfax.az


Bu gündən etibarən Azərbaycan media məkanında yeni internet portalı – Azerfax.az fəaliyyətə başlayıb. AzNews.az xəbər verir ki, saytın yaradıcısı tanınmış jurnalist Nicat Dağlardır.

Rəsmi dövlət qeydiyyatından "Azərfaks İnformasiya Agentliyi" kimi keçən yeni media orqanında N.Dağlarla yanaşı digər tanınmış jurnalistlər də fəaliyyət göstərəcək. Sayta giriş üçün bütün domenlərdən – com, info, org və net-dən də istifadə oluna bilər. Azerfax.az xəbərlərlə yanaşı, ictima-siyasi, sosial-iqtisadi və geosiyasi mövzuları əhatə edən analitik məqalələrə də geniş yer verəcək.

AzNews.az