22879 nəfər iştirakçıya pul verildi - VİDEO

Artıq bu gündən Böyük Vətən Müharibəsi iştirakçılari, onların dul həyat yoldaşlarına ölkə prezidentinin sərəncamına uyğun olaraq onlara ayrılan birdəfəlik maddi yardımı ala biləcəklər. Bu vəsait ümumilikdə 22879 nəfərə şamil olunub.

Yardımın verilməsi üçün prezidentin ehtiyyat fondundan 7,6 milyon AZN vəsait, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinə keçirilib. Artıq 700 AZN məbləğində vəsait müharibə iştirakçılarının və onların du həyat yoldaşlarının hesabına köçürülüb.

DSMF-nın sədri Elman Mehdiyev deyir ki, artıq vəsait plastik kartlara köçürülüb: "Hər bir şəxslə operativ telefon əlaqəsi saxlayırıq, əgər kimin bankomata yaxınlaşmaq imkanı yoxdursa, eyni zamanda səhhətilə və s. əlaqədar həmin şəxslərə biz evlərində post terminallar vasitəsilə xidmət göstəririk."

Böyük Vətən Müharibəsi zamanı Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsinin iştirakçılarına isə 300 AZN məbləğində birdəfəlik maddi yardım verilib. Bu kateqoriyadan olan şəxslərin sayı 21172 nəfərdir.


AzNews.az