Mirvari Qəhrəmanlı məhkəməyə müraciət edəcək

Qadın Krizis Mərkəzinin rəhbəri, hüquq müdafiəçisi Mətanət Əzizovanın əri və oğlu ölkəni tərk etməsinə icazə verilməyib. Bu barədə AzNews.az-a məlumatı M.Əzizovanın anası, Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı bildirib: "Hüquq mühafizə orqanları bildiriblər ki, sizin hər hansı bir ölkəyə çıxışınıza qadağa var. Bəzi saytlar yazıb ki, onları həbs ediblər. Lakin bu düzgün məlumat deyil. Sadəcə, ölkədən çıxmağa qoymayıblar. Biz bununla bağlı məhkəməyə müraciət edəcəyik".

Qeyd edək ki, M.Əzizovanın əri Eldar Əzizov və onun oğlu Camal Gürcüstanla sərhəddə tsaxlanılıblar. Azər AzNews.az