İlyas İsmayılov: “Baba olmaq sevincini yaşamaq böyük hissdir”

"Çox sevinirəm. Baba olmaq sevincini yaşamaq böyük hissdir. Hər kəsə nəvə-nəticə arzulayıram. Bu hissləri mənə də yaşatdığına görə Allaha çox minnətdram".


Bunu "AzərFax"a bu gün baba olmuş Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov deyib.

Oğlu Etimad İsmayılovla gəlini Sevil Nuriyevanın övladının dünyaya gəlməsi sevincini bölüşən İ.İsmayılov uşağa onun adının verilmısinə də münasibətini bildirib:

"Adı mən verməmişəm. Bu, uşaqlarımın seçimidir. Nə deyə, adı ilə böyüsün, millətimizə xeyirli övlad olsun".

AzNews.az