Adil Mirseyidin dəfni üçün İcra Hakimiyyətinə xahiş edildi

"Adil Mirseyidin dəfni ilə bağlı məsələləri rayon İcra Hakimiyyəti həyata keçirəcək".

Bunu AzNews.az-a açıqlmasında Azərbaycan Yazıçılar Birliyinin müşaviri Rauf Aslanov deyib.

O bildirib ki, Yazıçılar Birliyinin katibi, Xalq şairi Fikrət Qoca Ağdaşın İcra Hakimiyətinin başçısı ilə danışıb:
"Fikrət müəllim icra başçısına zəng edərək, xahiş edib ki, bu məsələdə Adil Mirseyidin ailəsinə dəstək olsunlar. Onlar da heç bir problemin olmadığını dedilər".

R. Aslanov onu da bildirib ki, dəfn mərasiminə Yazıçılar Birliyinin rəhbər şəxsləri qatılmayıb: "Gec olduğundan mərasimə qatıla bilmədilər. Amma mərhumun 3 mərasimində iştirak edəcəklər".

Bahar Rüstəmli
AzNews.az