Biləsuvarlı şəhid gizirlərin medalları ailələrinə təqdim edildi - FOTOLAR

Cəbhənin ön xəttində düşmənin hücumunu dəf edərkən şəhid olmuş kiçik gizir, 28 yaşlı Rahil Hüseynovun və 34 yaşlı gizir Pərvin Əliyevin təltif olunduqları "Hərbi qulluqda fərqlənməyə görə" 3-cü dərəcəli medalı bu gün Biləsuvar rayonunun Nərimankənd kəndində onların ailə üzvlərinə təqdim edilib.

APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilən mərasimlərdə Müdafiə Nazirliyinin nümayəndəsi Abdulla Qurbani, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı, Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xanlar Məmmədov və digərləri iştirak edib. Bildirilib ki, ölkə başçısının tapşırığı ilə şəhid Pərvin Əliyevin ailəsi yeni mənzillə təmin olunub. Digər şəhid ailələrinin problemləri də daim dövlətin nəzarətində saxlanılacaq.

Medalı alan hər iki şəhidin ailə üzvləri övladları ilə fəxr etdiklərini, lazım gələrsə vətən uğrunda canlarından keçməyə hazır olduqlarını bildiriblər.

AzNews.az
image description image description image description