Sabahdan Azərbaycanda 2014/2015-ci tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qeydiyyatına başlanılır. Sabahdan Azərbaycanda 2014/2015-ci tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qeydiyyatına başlanılır.

Kolleclərə qəbul olan abituriyentlərin qeydiyyatına başlanılır

Sabahdan Azərbaycanda 2014/2015-ci tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qeydiyyatına başlanılır.



Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AzNews.az-a vetilən məlumata görə, boş qalan 2116 plan yerinin müsabiqəsində iştirak etmək üçün 5039 abituriyent ərizə təqdim edib. Onlardan 1362 abituriyent orta ixtisas təhsili müəssisələrinə qəbul olub.

Qəbul olan abituriyentlərin siyahısı və müsabiqə nəticəsində formalaşmış keçid balları bu gün "Abituriyent" jurnalının xüsusi buraxılışında təqdim olunub.

Qəbul olanlar avqustun 13-dən 18-dək (saat 9:00-dan 17:00-dək) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsil müəssisəsinə göndərilməyəcək.

AzNews.az