SOCAR-dan “Çağ Öyrətim İşlətmələri”nə daxil olan məktəblərin açılması ilə bağlı yayılan xəbərə reaksiya gəlib. SOCAR-dan “Çağ Öyrətim İşlətmələri”nə daxil olan məktəblərin açılması ilə bağlı yayılan xəbərə reaksiya gəlib.

SOCAR-dan liseylərin açılması xəbərinə - Reaksiya

SOCAR-dan “Çağ Öyrətim İşlətmələri”nə daxil olan məktəblərin açılması ilə bağlı yayılan xəbərə reaksiya gəlib.



"Qafqazinfo"ya açıqlamasında ARDNŞ Mətbuat Xidmətinin rəhbəri Nizaməddin Quliyev bildirib ki, "Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi" bağlanan məktəblər haqqında qərarını bir müddət əvvəl verib: "Həmin qərar yenə də qüvvədədir. Yayılan məlumatlar həqiqəti əks etdirmir".

Qeyd edək ki, "Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi" SOCAR-ın nəzdində fəaliyyət göstərir.

Xatırladaq ki, oxu.az saytı liseylərin yenidən fəaliyyətə başlaması ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, tədris müəssisələri Zərifə Əliyeva adına liseylər kimi fəaliyyətini davam etdirəcək. Tədris sistemi Azərbaycan Respublikası Təhsil Nazirliyinin əsasnamələri əsasında həyata keçiriləcək. Məktəbdə çalışan müəllimlərin ştatında isə heç bir dəyişiklik yoxdur.

AzNews.az