Cabbarov Misir Mərdanovun daha bir qohumunu işdən qovdu - YENILƏNİB

Gimnaziyadan AzNews.az-a daxil olan məlumata görə, nazirin bu əmrinə səbəb direktor Novruz Dəmirov barədə çoxsaylı şikayətlərin olmasıdır.

Şikayətlərdə direktorun rüşvət alması, korrupsiya hallarına yol verdiyi bildirilib. Nazirin göstərişilə aparılan araşdırmalar nəticəsində bəlli olub ki, şikayətlər tam əsaslıdır.

Qeyd edək ki, Novruz Dəmirov sabiq Təhsil naziri Misir Mərdanovun xalası oğludur.

***

"İşdən ayrılmaq məsələm doğrudur, amma hələ ki, işimdəyəm, əmr gözləyirəm".

Bunu AzVision.az-a açıqlamasında işdən azad olunduğu deyilən Pişəvəri adına Respublika Humanitar Fənnlər Gimnaziyasının direktoru Novruz Dəmirov deyib.

Direktor işdən öz xahişi ilə ayrıldığını bildirib.

"İşdən ayrılmaq üçün ərizə ilə Təhsil Nazirliyinə müraciət etmişəm. Ancaq işdən azad olunmağımla bağlı əmr verilməyib. Öz xahişim ilə işdən ayırlmaq istəyirəm".

Sabiq təhsil naziri Misir Mərdanovla qohum olması haqda yayılan məlumata aydınlıq gətirən Novruz Dəmirov bu məsələnin mənasız olduğunu qeyd edib.

"Öz şəxsi istəyimlə işdən ayrılıram. Bunun Misir Mərdanovla və digərləri ilə bağlı heç bir əlaqəsi yoxdur. Həmin informasiyaların məsələyə heç bir aidiyyatı yoxdu".

AzVision.az-ın əldə etdiyi digər məlumata görə, N.Dəmirov Misir Mərdanovun xalası oğlu olmasa da yaxın qohumluq əlaqələri var.

AzNews.az