Milyonlarla insanın qaynaşdığı bu şəhərdə onunla rastlaşmaq başqaları kimi adi gəlmir adama. Çünki, o bu boyda iş-güclə bərabər, həm də yaradıcılıqla məşğul olur. O, yaxşı şairdi... Xıdır Məmmədovu deyirəm. Xıdır Orucoğlu imzasıyla yazır. Milyonlarla insanın qaynaşdığı bu şəhərdə onunla rastlaşmaq başqaları kimi adi gəlmir adama. Çünki, o bu boyda iş-güclə bərabər, həm də yaradıcılıqla məşğul olur. O, yaxşı şairdi... Xıdır Məmmədovu deyirəm. Xıdır Orucoğlu imzasıyla yazır.

Fəhlə, bağban... milyonerlər məhəlləsindəki kasıb şair - FOTO

Milyonlarla insanın qaynaşdığı bu şəhərdə onunla rastlaşmaq başqaları kimi adi gəlmir adama. Çünki, o bu boyda iş-güclə bərabər, həm də yaradıcılıqla məşğul olur. O, yaxşı şairdi... Xıdır Məmmədovu deyirəm. Xıdır Orucoğlu imzasıyla yazır.

Milyonerlər məhəlləsi kimi tanınan Həsən Salmanlı küçəsində (Neftçilər xəstəxanasının arxasında) o, heç də milyoner kimi yaşamır.

Bir tanışımız vasitəsilə söhbətimiz alınır. Biləndə ki, onun haqqında nəsə yazmaq istəyirəm, sevinir... Görünür, ürəyi doludur. Bir otaqlı evdə yaşayır. Oxuduğu kitabları göz bəbəyi kimi qoruduğu bu darısqal evə görə Allaha görə edir:


"Bu evi mənə o, vaxtı atam alıb. Dedi ki, qoy mənim balalarım kirayələrdə qalmasın. Əslim Gürcüstandandır. 1958-ci il fevralın 2 – də Bolnisi rayonunun Darbaz kəndində anadan olmuşam. Ailədə dörd qardaş və üç bacı olmuşuq".

Şeir yazmağa da lap balaca olandan başlayıb: "Elə orta məktəbdə oxuduğum vaxtlardan şeirlər yazırdım. Amma, onlara şeir demək olmazdı. Həmin vaxtı Gürcüstanda redakasiyalara gedib şeirlərimi dərc etdirirdim. Orada "Qələbə bayrağı" qəzeti var idi, şeirlərim əsasən o, qəzetdə dərc olunurdu.

"Cızma-qara" şeirlərlə başlayan müsahibim Bakıya köçəndən sonra Azərbaycan Jurnalistlər Birliyinin üzvü olub. Həm də dolanışıq üçün müxtəlif yerlərdə fəhləlilik edib: "Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollandım. Hərbi xidmətimi Qazaxıstanda keçmişəm. Hərbi xidmətdən sonra Gürcüstanda yaşadım. Amma atam rəhmətə gedəndən sonra vəziyyətimiz pisləşdi. Çünki, atam kolxoz sədri idi, onun sağlığında vəziyyətimiz yaxşı idi. Onda mən artıq ailəli idim. Bir qız və bir oğlum var. 1992 – ci ildə ailəmi də götürüb Bakıda yaşayan qardaşlarımın yanına gəldim. O vaxtdan elə dəmiryol idarəsində işə düzəldim. Həyat yoldaşımla birlikdə işləyirik orada. Mən fəhlə işləyirəm, o da süpürgəçi. Hərəmizə 180 manat əmək haqqı alırıq. Qızım ailə qurub və üç övladı var. Oğlum isə, hələ subaydı. Özüm də Azərbaycan Jurnalistlər Birliyinin üzvüyəm. "El qucağında" adlı ilk şeirlər kitabım dərc olunub.

Xıdır Orucoğlunun işləri və qayğıları çoxdur. Vaxtı olan kimi yaradıcılığla məşğul olur: "Dəmiryolundan əlavə həm də "Crystal Plaza" da bağban da işləyirəm. Ayda 50 manatda oradan verirlər. Neyləmək olar, oğul. İşləməsək də olmur, amma buna baxmayaraq, yaradıcılıqla məşğul oluram. Ədəbiyyat mənim üçün bir nəfəsdi".








Vasif Əlihüseyn