Almaniyalı professorlar Bilik Fondunda dərs keçiblər - VİDEO


Almaniyanın Vürtsburq Universitetinin professoru, Osvald fon Volkenştayn Cəmiyyətinin prezidenti xanım Ziqlinde Hartman və Auqsburq Universitetinin professoru Klaus Volf ilk dəfə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda Bakı Slavyan Universitetinin filologiya fakültəsinin tələbələrinə mühazirə deyiblər.
AzNews.az xəbər verir ki, Almaniyalı professorların metodikası qeyri-adiliyi ilə seçilib. Tələbələrə Alman ədəbiyyatı barədə olduqca maraqlı məlumatlar verən müəllimlər adlarını çəkdikləri şairlərin şeirlərini tələbələrlə birgə söyləyib, onların sözlərinə yazılmış mahnıları da bir yerdə oxuyublar. Professorların sözlərinə görə, bu pedaqoji metod ilə tələbələrin ədəbiyyata sevgisi artır, müəllifin üslubunun qavranılması, əsərlərin mahiyyətinin daha yaxşı dərk edilməsi asanlaşır. Almaniyalı professorlar məşğələnin təşkilində göstərdiyi köməyə görə Bilik Fonduna minnətdarlıq ediblər və gələcəkdə belə dərslərin keçirilməsi üçün Fond rəhbərliyi ilə razılığa gəliblər.