Dilqəm Əsgərovun sabah ad günüdür

“Sentyabrın 30-da vətənimizin böyük oğlu, igid və cəsur dostum Dilqəm Əsgərovun 54 yaşı tamam olur”.


AzNews.az xəbər verir ki, bu haqda informasiyanı Dilqəmin yaxın dostu Səbuhi Rəhimli Facebook səhifəsində yazıb.

"O, həyatında ilk dəfə olaraq ad gününü türmədə, özü də İrəvan türməsində, MTN təcridxanasında "qeyd" edəcək. Bəlkə də ayın tarixini də bilmir, məncə heç doğum günü olduğunu belə xatırlamır. O, orada qaldıqca ürəyimiz parçalanır, iztirabımız artır... Nə isə... Allah qapını açsın, qardaş! Onlarla qurbanlıq qoç yolunu gözləyir. 55 illiyini vətənində qeyd etmək üçün gecə-gündüz duaçıyıq", -deyə Səbuhi Rəhimli qeyd edib.