- Köhnə - Cəmiyyət
- 3 Oktyabr 2014 13:21
- 2 923
Ekspertiza meyitin Həsən Həsənova aid olduğunu təsdiq etdi

“Mən 2 saata qədər meyitin yanında oldum. O, qardaşıma aiddir. Uzun zaman keçsə də, meyit deformasiyaya uğrasa da qardaşım olduğunu bilirəm. Ekspertizanın nəticələri də bunu təsdiq etdi”.
AzNews.az xəbər verir ki, bunu Modern.az-a ermənilər tərəfindən öldürülən Həsən Həsənovun qardaşı Nail Həsənov bildirib: "Meyit bizə veriləcək. Sabah onu Binəqədi qəbristanlığında dəfn edəcəyik".
Qeyd edək ki, əslən Cəbrayıl rayonundan olan Həsən Həsənov işğal altəndakı Kəlbəcər rayonunda erməni yaraqlıları tərəfindən öldürülüb.
Onunla birlikdə Kəlbəcərə dədə-baba yurdunu ziyarətə getmiş Dilqəm Əsgərov və Şahbaz Quliyev isə hələ də erməni girovluğunda saxlanılır.