Bakı şəhəri üzrə Təhsil İdarəsi Bakı şəhərində rayonlar üzrə ayrı-ayrı məktəblərdə keçirilən səyyar qəbulların vaxtını açıqlayıb. Bakı şəhəri üzrə Təhsil İdarəsi Bakı şəhərində rayonlar üzrə ayrı-ayrı məktəblərdə keçirilən səyyar qəbulların vaxtını açıqlayıb.

Bakı məktəblərində səyyar qəbulların vaxtı açıqlandı

Bakı şəhəri üzrə Təhsil İdarəsi Bakı şəhərində rayonlar üzrə ayrı-ayrı məktəblərdə keçirilən səyyar qəbulların vaxtını açıqlayıb.



Bakı şəhəri üzrə Təhsil İdarəsindən AzNews.az-a verilən məlumata görə, növbəti səyyar qəbullar oktyabrın 11-də Nərimanov və Yasamal rayonlarında keçiriləcək. Nərimanov rayonu üzrə 177 №li məktəbdə keçiriləcək səyyar qəbula 34, 47, 73. 177, 202, 207, 304 №li, Yasamal rayonu üzrə 53 №li məktəbdə keçiriləcək səyyar qəbula isə 53, 60, 153, 173, 175, 176 № li məktəblərin müəllim və valideynləri müraciət edə bilərlər.
Səyyar qəbullar saat 10:00-da başlayacaq və vətəndaşların müraciəti bitənədək davam edəcək. Vətəndaşların qəbulunu həyata keçirəcək təşkilat komitəsinin üzvləri Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmələrinin üzvlərindən ibarətdir.
Görüşlər vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətini artırmaq, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədini daşıyır.

AzNews.az