Milli Şuranın 12 oktyabr mitinqində İŞİD bayrağını qaldıran Ramin Quliyevlə bağlı AzNews.az-a yeni məlumat daxil olub. Milli Şuranın 12 oktyabr mitinqində İŞİD bayrağını qaldıran Ramin Quliyevlə bağlı AzNews.az-a yeni məlumat daxil olub.

İŞİD bayrağı qaldıran şəxslə bağlı şok fakt: Məşhur adamın qohumudur

Milli Şuranın 12 oktyabr mitinqində İŞİD bayrağını qaldıran Ramin Quliyevlə bağlı AzNews.az-a yeni məlumat daxil olub.



Məlumatda bildirilir ki, Ramin Quliyev Əbu-Bəkir məscidinin imamı Qamət Süleymanovun qaynıdır. Onun daim Qamət Süleymanovun yanında olduğu, ona köməklik göstərdiyi bildirilir.

Məsələ ilə bağlı AzNews.az-a danışan Qamət Süleymanov informasiyanı təsdiqləyib:

"Ramil heç vaxt mitinqlərə getmir, onun facebook dostu Ramili mitinqə dəvət edib. Mən onunla söhbət etdim. Ramil mənə bildirdi ki, o yerdə Allah kəlamı yazılmış bayraq görüb və onu ayaq altından götürmək istəyib. Bu zaman polislər onu ərazidən kənarlaşdırıb".

Qeyd edək ki, Ramil Quliyev AzNews.az-a verdiyi açıqlamasında bayrağı ona tanımadığı bir şəxsin verdiyini demişdi. Onu da bildirək ki, sələfi təriqətinə görə, hakimiyyətə qarşı çıxmaq, mitinqlərə qatılmaq haram sayılır.



AzNews.az