“2014-cü ilin 11 ayı ərzində Azərbaycanda 561 yeni İİV-ə yoluxma faktı aşkarlanıb". “2014-cü ilin 11 ayı ərzində Azərbaycanda 561 yeni İİV-ə yoluxma faktı aşkarlanıb".

1637 heteroseksual İİV-ə yoluxub – Azərbaycanda

“2014-cü ilin 11 ayı ərzində Azərbaycanda 561 yeni İİV-ə yoluxma faktı aşkarlanıb".



AzNews.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədova bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, İİV-ə yoluxanlardan 545-i (97,1%) Azərbaycan vətəndaşı, 16 nəfəri (2,9%) isə əcnəbi vətəndaşlardır.

"Qeydiyyata alınmış 545 Azərbaycan vətəndaşından 336-sı (61,7%) kişi, 209-u (38,3%) qadındır. Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən bu günə qədər Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 4859 nəfər rəsmi qeydiyyata götürülüb. Onlardan 4694 nəfəri (96,6%) Azərbaycan vətəndaşı, 165 nəfəri (3,4%) isə əcnəbilərdir. İİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarından 3572-si (76,1%) kişi, 1122-si (23,9%) qadındır".

QİÇS-lə Mübarizə Mərkəzinin direktoru qeyd edib ki, QİÇS mərhələsində olan insanların sayı 1508 nəfərdi:

"Onlardan Azərbaycan vətəndaşlarının sayı 1484 nəfərdir. İİV infeksiyasından dünyasını dəyişmiş insanların sayı 667 nəfərdir. Onların hamısı Azərbaycan vətəndaşlarıdır".

E.Alməmmədovanın sözlərinə görə, İİV-ə yoluxmuş 4694 Azərbaycan vətəndaşından 1198-i (25,5%) Bakı şəhəri və Abşeron rayonunda, 3656-sı (73,7%) Respublikanın digər 55 inzibati ərazisində qeydiyyatda olan şəxslərdir, 38 nəfərin (0,8%) yaşayış yeri naməlumdur.

4694 nəfər Azərbaycan vətəndaşından 2578-də (54,9%) İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 1637-də (34,9%) heteroseksual, 61-də (1,3%) isə homoseksual kontakt nəticəsində, 82-də (1,7%) anadan uşağa keçməklə, 1-də (0,02%) donor qanının köçürülməsi nəticəsində baş verib. 336 nəfərdə (7,2%) yoluxma yolu müəyyən edilib.

AzNews.az