"Avropa Parlamentinin prezidenti Martin Şultsun noyabrın 26-da Avropa Parlamentinin plenar iclasında Azərbaycana bağlı çıxış edib. Bu çıxışı ölkəmizin daxili işlərinə qarışmaq cəhdi kimi qəbul edir və buna öz qəti etirazımızı bildiririk”. "Avropa Parlamentinin prezidenti Martin Şultsun noyabrın 26-da Avropa Parlamentinin plenar iclasında Azərbaycana bağlı çıxış edib. Bu çıxışı ölkəmizin daxili işlərinə qarışmaq cəhdi kimi qəbul edir və buna öz qəti etirazımızı bildiririk”.

QHT-lər Martin Şultsa etiraz BƏYANATI ünvanladı

"Avropa Parlamentinin prezidenti Martin Şultsun noyabrın 26-da Avropa Parlamentinin plenar iclasında Azərbaycana bağlı çıxış edib. Bu çıxışı ölkəmizin daxili işlərinə qarışmaq cəhdi kimi qəbul edir və buna öz qəti etirazımızı bildiririk”.



AzadXeber.az-ın məlumatına görə, bu sözləri beynəlxalq münasibətlər, demokratiya və insan hüquqları sahəsində fəaliyyət göstərən Azərbaycan QHT-lərinin bəyanatında yer alıb. Bəyanatda daha sonra deyilir: "Avropa Parlamentinin prezidenti olaraq Martin Şults Avropanın bütün ölkələrinə bərabər və ədalətli münasibət sərgiləmək əvəzinə ölkəmiz haqda həqiqətə uyğun olmayan fikirləri ilə diqqət çəkir. Noyabrın 26-da Avropa Parlamentinin Strasburqda keçirilmiş plenar iclasında Martin Şults guya Azərbaycanda ictimai fəaliyyətinə görə həbs edilmiş Leyla Yunusovanın hüquqlarının pozulması haqqında söylədiyi fikirlər Azərbaycana ikili standartlarla yanaşması deməkdir. M. Şults bununla Azərbaycanda, ümumiyyətlə, insan haqlarına guya əməl edilməməsi təəssüratı yaratmağa cəhd edib. Konkret cinayət əməllərində, o cümlədən vətənə xəyanətdə ittiham olunan şəxsləri söz, mətbuat və fikir azadlığının pozulması bəhanəsi ilə müdafiə etməyə çalışmaq Avropa Parlamenti kimi nüfuzlu bir təşkilatın obyektivliyinə kölgə salır, Avropa İttifaqı kimi qurumun qeyri-ciddi və qərəzli siyasi mövqeyindən xəbər verir.

İndiyə qədər cənab M. Şults çıxışlarında Ermənistandan deportasiya edilmiş, özlərinin Qarabağdakı doğma yurd-yuvalarından qovulmuş yüz minlərlə azərbaycanlının hüquqlarından bircə dəfə də olsun danışmayıb, erməni separatçılarının qətlə yetirdiyi günahsız insanlardan, müxtəlif fiziki və mənəvi zorakılıqlara məruz qoyulan müsəlmanlardan bəhs etməyib. 25 ildir təcavüzkar Ermənistanın işğalı altında olan Azərbaycan torpaqları haqqında bir dəfə də olsun cənab Şultsun səsini və fikrini eşidən olmayıb, eyni zamanda Avropada hər gün dini və insani hüquqları tapdanan milyonlarla müsəlmanın diskriminasiyaya məruz qalması Avropa Parlamentinin prezidentini qətiyyən narahat etmir.

Bütün bunlar onu düşünməyə əsas verir ki, cənab Şultsu daha çox Azərbaycanın əldə etdiyi nailiyyətlərə kölgə salmaq məqsədi daşıyır. Biz Azərbaycan QHT-ləri olaraq, Avropa Parlamentində ölkəmizə qarşı qərəzli, həqiqətə uyğun olmayan belə fikirlərin səslənməsi Avropanın Cənubi Qafqaz siyasətinin zəifliyindən xəbər verir. Biz, Azərbaycan qeyri-hökumət təşkilatlarının rəhbərləri M. Şultsun ölkəmizlə bağlı söylədiyi qərəzli və qeyri-obyektiv fikirləri birmənalı şəkildə pisləyir və bütün Avropalıları ikili standartlara xidmət edən bu siyasətə qarşı etiraz bildirməyə səsləyirik".

Siyahı:

Rufiz Qonaqov – Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi
Rafel Beycanov – İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi
Zərifə Həmzəyeva – Məcburi köçkün qadınlar ictimai birliyi
Tahir Xudiyev – "Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyi
Ramil İskəndərli – Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi
İnşallah Qafarov – "Sosial İslahatlara Dəstək" İctimai Birliyi
Elçin Salmanov – "Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi" İctimai Birliyi
Ramin Hüseynov – "Azərbaycan Milli İnkişaf layihəsi" İctimai Birliyi
Azər Əmirov – Azərbaycan yeni Nəsil Hüquqşünaslar Assosiasiyası
Ramilə Mahmudova – "Əlillərin Cəmiyyətə İnteqrasiyası" İctimai Birliyi
Mayis Əliyev – Sosial hüquqların araşdırılması İctmai Birliyi
Anar Bağırov – Azərbaycan Hüquq İslahatları Mərkəzi İctimai Birliyi
Fərhad Vəliyev – Gənc Hüquqşünaslar Birliyi
İsrayıl İsgəndərov – "Ümid" Sosial İnkişafa Dəstək İctimai Birliyi
Aysel Quliyeva – Davamlı İnkişaf Təşəbbüsləri İctimai Birliyinin
Şahin İsmayilov – Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı İctimai Birliyi
Nəzər Qafarov – "Xaçmaz Kəndlərinin Davamlı İnkişfı" İctimai Birliyi
Fəridə Əliyeva – "Cəzaçəkmiş Qadınların Cəmiyyətə Qayıdışı" İctimai Birliyi
Suğra Bağırzadə –"Floristlər" İncəsənətin İnkişafına Dəstək İctimai Birliyi
İrşad Abbasov – "Ekoloji-Renesans" İctimai Birliyi
Dilarə Vəliyeva – "Mülk" ictimai assosiasiyası
Hüseyn İbrahimov – Sosial-Mədəni Dəyişikliklərin Öyrənilməsi İctimai Birliyi
Paşa Məmmədov – "Hüquq və Ədalət" İctimai Birliyi
Ceyhun Hüseynova – Sağlam Gələcək Naminə İctimai Birliyi
Lamiyə Kərimova – Psixososial Reabilitasiya və İnkişaf İctimai Birliyi
Talib Vəliyev – "İntellekt Araşdırmalar Mərkəzi" İctimai Birliyi
Fərid Kərimov – "ASAN Könüllüləri" Gənclər Təşkilatı İctimati Birliyi
Vəfa Aktuz – "Gülüstan Kimsəsiz Uşaq və Qadınlara Yardım" İctimai Birliyi
İradə Həsənova – "Səma və Eko" Elmi Praktik İctimai Birliyi
Günel Balakişiyeva – Gənclərin Elmi İnkişafına Dəstək İctimai Birliyi
Elvin Aslanov – Azərbaycan Tələbələri İctimai Birliyi
Fəxrəddin Həsənzadə – "Gənclər üçün Təhsil Mərkəzi" İctimai Birliyi
Həbib Misirov – "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi
Anar Xəlilov – "Sağlam İnkişaf və Maarifləndirmə" ictimai birliyi
Bəyimxanım Verdiyeva – Xan Şuşinski Fondu
Faiq İsmayılov – Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyi
İsmayıl Ağayev – Beynəlxalq Diaspora Mərkəzi İctimai Birliyi
Şəhla Nağıyeva – "Sönməz Məşəl" Mədəni Əlaqələr İctimai Birliyi
Araz Aslanlı – Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi
Roza Hüseynova – "Əsgər Ailəsi" Xeyriyye cəmiyyəti
Hacı Nəriman – "Zəngəzur" Cəmiyyətləri Birliyi
Nazim Əhmədli – Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr İctimai Birliyi
Emin Həsənli – Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi
Gəray Əlibəyov – Mədəni İnkişaf Mərkəzi İctimai Birliyi
Rüstəm Məlikov – "Ana Kür" Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyi
Heydər Atayev – Azərbaycan İnkişaf Mərkəzi İctimai Birliyi
Bəsti Nəsibova – "Gələcəyə Baxış" Avropaya İnteqrasiya İctimai Birliyi
Süleyman Qasımov – Mədəni İnkişaf və Dialoq İctimai Birliyi