Həbsdə olan vəkil İntiqam Əliyevə qarşı əlavə ittiham elan olunub. Həbsdə olan vəkil İntiqam Əliyevə qarşı əlavə ittiham elan olunub.

İntiqam Əliyevə qarşı əlavə ittiham elan edildi - Mənimsəmə

Həbsdə olan vəkil İntiqam Əliyevə qarşı əlavə ittiham elan olunub.

Bu barədə APA-ya məlumat verən vəkil Cavad Cavadov bildirib ki, istintaq orqanı tərəfindən İ. Əliyevə qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə əlavə ittiham elan edilib.

İ. Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 192.2-ci (qanunsuz sahibkarlıq) maddələri ilə təqsirli bilinir.