“Dağlıq Qarabağ ərazisinin ətraf rayonları tamamilə dağılıb “Dağlıq Qarabağ ərazisinin ətraf rayonları tamamilə dağılıb

Əli Həsənov çağırış etdi

“Dağlıq Qarabağ ərazisinin ətraf rayonları tamamilə dağılıb



AzNews.az-ın məlumatına görə, bu fikirləri Cenevrədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) İcraiyyə Komitəsinin 63-cü sessiyasında Azərbaycanın baş nazirinin müavini Əli Həsənov çıxışı zamanı bildirib.

Uzun müddət davam edən məcburi köçkündüşmə problemindən əziyyət çəkən ölkələrdən birinin də Azərbaycan olduğunu vurğulayan Ə.Həsənov deyib ki, respublikamız müstəqilliyinin ilk illərindən qonşu Ermənistanın yürütdüyü xarici işğal və etnik təmizləmə siyasəti nəticəsində ərazilərimizin 20 faizinin işğalı və 1 milyon qaçqın və məcburi köçkün problemi ilə üzləşib. İyirmi ildən çox keçməsinə baxmayaraq, azərbaycanlıların öz doğma torpaqlarına və evlərinə qayıdışı məsələsi hələ də həll olunmayıb.

Onun sözlərinə görə, Dağlıq Qarabağ ərazisinin ətraf rayonları tamamilə dağıdılıb. ATƏT-in iki missiyası - faktaraşdırıcı və qiymətləndirmə missiyaları həmin ərazilərə səfər zamanı hər şeyin dağıdıldığını və həmin ərazilərə başqa ölkələrdən etnik ermənilərin köçürüldüyünü təsdiq ediblər. İşğal altında olan ərazilər kimsənin yaşaya bilməyəcəkləri xarabalıqlara çevrilib. Bütün infrastruktur darmadağın edilmiş, qəbiristanlıqlar, məscidlər yerlə yeksan olunmuş, toponimlər dəyişdirilib. Həmin ərazilərdə bərpa və məcburi məskunlaşdırma prosesi davam edir. Bu, münaqişənin real mənzərəsi olmaqla, Ermənistan tərəfindən törədilir.

O, BMT QAK-ı məcburi köçkünlərin hüquqlarının müdafiəsi sahəsində beynəlxalq hüquqda mövcud olan boşluğun tezliklə aradan qaldırılmasına, müvafiq beynəlxalq konvensiya layihəsinin hazırlanmasına çağırıb.

İlkin
AzNews.az