- Fanat
- 17:25
- 1 770
Ayxan Abbasov: "Üzücü məğlubiyyət oldu"
"Şamaxı" komandası Misli Premyer Liqasının XVII turunda doğma meydanda "Qəbələ"yə qarşı oyunda üzücü məğlubiyyətlə üzləşib.
Aznews.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Ayxan Abbasov matçdan sonrakı mətbuat konfransında deyib.
Mütəxəssis çətin oyun olacağını əvvəlcədən bildiklərini qeyd edib:
"Fasilədən sonra yaxşı başlamaq önəmlidir. Hər kəs turnir cədvəlində mövqeyini yaxşılaşdırmaq istəyir. Birinci qola qədər oyun pis getmirdi. Neçənci dəfədir ki, son dəqiqələrdə qol buraxırıq. İkinci hissənin əvvəlində də qapımızda qol gördük. Bundan sonra oyunu çevirmək çətin olur".
A.Abbasov bu nəticənin komanda üçün bir xəbərdarlıq olduğunu vurğulayıb:
"Bu matç bizim komanda olaraq ayılmağımıza təsir edəcək. Bəlkə də futbolçular rahatlaşmışdılar. Çempionat davam edir, bu, uzun marafondur. Bilirəm ki, çətin olacaq, amma mübarizə aparacağıq".
Qeyd edək ki, Şamaxı şəhər stadionunda baş tutan görüş "Qəbələ"nin 4:0 hesablı qələbəsi ilə başa çatıb.