- Köhnə - Cəmiyyət
- 21 Fevral 2015 11:27
- 4 602
“Vüqar Əliyev də yaxın günlərdə azadlığa çıxacaq” - Vəkil
Lamiyə Quliyevanın keçmiş nişanlısı Vüqar Əliyevin əfv ərizəsi Əfv Məsələləri üzrə Dövlət Komissiyasına təqdim olunub.
AzNews.az xəbər verir ki, bu barədə onun vəkili Adəm Məmmədov sosial şəbəkədə məlumat verib.
Məsələ bağlı A. Məmmədov modern.az saytına açıqlamasında bildirib ki, Lamiyənin azad olunması sonun başlanğıcıdır: "Bu qərar hüquqlarını müdafiə etdiyim Vüqar Əliyev üçün də bir işıq yoludur. Hesab edirəm ki, Vüqarla bağlı da ədalət bərqərar olacaq. Böyük ehtimalla Vüqar Əliyev də yaxın günlərdə azadlığa çıxacaq. Biz hamımız bunu arzu və ümid edirik".