Ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürəcək Ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürəcək

Sabah hava necə olacaq?

Ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürəcək



Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 16-19, gündüz 25-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə gündüz əsasən yağmursuz hava şəraitinin hökm sürəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Gecə 16-21, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 18-23 dərəcə isti qeydə alınacaq.

İlkin
AzNews.az