Xəbər verildiyi kimi Ermənistan himninə qulas asan zaman oturan azərbaycanlı samboçu Bəxtiyar Abbasovun 90 kq çəki dərəcəsində aldığı medal onun əlindən alınıb. Xəbər verildiyi kimi Ermənistan himninə qulas asan zaman oturan azərbaycanlı samboçu Bəxtiyar Abbasovun 90 kq çəki dərəcəsində aldığı medal onun əlindən alınıb.

“Bəxtiyarın medalı özünə qaytarılmalıdır” – Akif Nağı

Xəbər verildiyi kimi Ermənistan himninə qulas asan zaman oturan azərbaycanlı samboçu Bəxtiyar Abbasovun 90 kq çəki dərəcəsində aldığı medal onun əlindən alınıb.

Bu faktı Sambo üzrə Azərbaycan yığmasının baş məşqçisi Yaqub Abdullayev təsdiq edib.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı AzNews.az-a açıqlamasında bu olaya öz münasibətini bildirib.

Onun fikrincə, Bəxtiyar Abbasovun Ermənistan himninə qulaq asmamağı düzgün addımdır: "Bu insan Xocavənd rayonunun Qaradağlı kəndindəndir. 40 nəfərdən artıq qohumu ermənilər tərəfindən qətlə yetirilib. Bu, işğal olunmuş bir zonadır. Onun hərəkəti tam məntiqlidir. Bunu isə şişirtməyə ehtiyac yoxdur. Beynəlxalq Sambo Federasiyası, yaxud da başqa bir qurum bunu şişirtməməlidir. İdmançının əhval-ruhiyyəsini başa düşməlidirlər. Ermənistan Azərbaycana qarşı təcavüz törədib, dünyanın bütün qanunlarını pozub, minlərlə insanı qətlə yetirib. Ermənistana qarşı heç nə etmirlər, amma stres altında bir sıravi idmançının medalını əlindən alırlar. İşğalçı bir dövlətin himninə qulaq asmaq üçün niyə ayağa durmalıdırlar? Bu günə kimi Ermənistanın cəzalandırılmamasının özü qınanılmalıdır".

A.Nağı əlavə edib ki, Beynəlxalq Sambo Federasiyasının Bəxtiyar Abbasovla bağlı qəbul etdiyi qərar yanlışdır: "Bu cür qərar qəbul etməkdənsə, Beynəlxalq Sambo Federasiyası idmançıya izahedici məktub göndərməli idi. Biz bu qərarın ləğv edilməsini tələb edirik. Əgər dəyişməsələr, Qarabağ Azadlıq Təşkliatı o Federasiya ilə bağlı tədbir görəcək. Onların qərarı eybəcər və utancvericidir. Bu qərar dəyişilməlidir. Qoy bilsinlər ki, Bəxtiyar Abbasov bizim tərəfimizdən müdafiə olunacaq".

Qeyd edək ki, Beynəlxalq Sambo Federasiyasının (FİAS) vitse-prezidenti, Avropa Sambo Federasiyasının prezidenti Sergey Yeliseyev Azərbaycan Sambo Federasiyasına məktub göndərərək azərbaycanlı idmançı Bəxtiyar Abbasovun medalının əlindən alındığını açıqlayıb və bildirib ki, qərar yaxın vaxtlarda FİAS-ın İntizam Komitəsinin toplantısında rəsmiləşdiriləcək.

Bahar RÜSTƏMLİ
AzNews.az