Məşhur “Adobe” və İrlandiyanın saytlara reklamın bloklanması ilə mübarizə aparmağa kömək edən "PageFair” şirkətləri birgə tədqiqat apararaq ötən il ərzində “Adblock Plus” və “Adblock Edge” kimi proqram təminatı quraşdıran istifadəçilərin sayının 70 faiz artdığını müəyyənləşdiriblər. Məşhur “Adobe” və İrlandiyanın saytlara reklamın bloklanması ilə mübarizə aparmağa kömək edən "PageFair” şirkətləri birgə tədqiqat apararaq ötən il ərzində “Adblock Plus” və “Adblock Edge” kimi proqram təminatı quraşdıran istifadəçilərin sayının 70 faiz artdığını müəyyənləşdiriblər.

Reklam nə qədər adamı bezdirir?

Məşhur “Adobe” və İrlandiyanın saytlara reklamın bloklanması ilə mübarizə aparmağa kömək edən "PageFair” şirkətləri birgə tədqiqat apararaq ötən il ərzində “Adblock Plus” və “Adblock Edge” kimi proqram təminatı quraşdıran istifadəçilərin sayının 70 faiz artdığını müəyyənləşdiriblər.



AzNews.az ICTnews-a istinadən bildirir ki, dünyada 140 milyondan çox istifadəçi reklamın onların daxil olduqları saytlarda görünməməsinə üstünlük verir. Bu isə internetə çıxış imkanına malik Yer kürəsi əhalisinin 5 faizi deməkdir.

Eyni zamanda ABŞ-ın "Google" və Almaniyanın "RTL" kimi böyük internet şirkətləri reklamdan gəlir əldə etmək üçün istifadə edərək onu bloklayanlarla müxtəlif üsullarla mübarizə aparır. Bir sıra şirkətlər elanların göstərilməsi üçün maneələri dəf etməyə imkan verən texnologiyaların hazırlanmasına milyardlarla dollar vəsait qoyur. "Reklamın bloklanması internet nəşrlərinin gəlirlərinə maddi təsir göstərir. İstifadəçilərin tələb etdiyi azad internet reklamı blok edənlərin sayının artması ilə mövcud ola bilməz", - "IAB" şirkətinin baş məsləhətçisi Mark Zaneys deyib.

Öz növbəsində "Microsoft" korporasiyasının Avropa üzrə reklam biznesinin rəhbəri Endi Hart bildirib ki, elanların görünməsinə imkan verməyən xidmətlər "qıcıqlandırıcı" reklamların sayəsində yaranıb.