Prokurorlara yeni vəzifə verildi

Azərbaycanda bir neçə gün əvvəl işdən çıxarılan üç rayon prokuroru yeni təyinat alıb. APA-nın məlumatına görə, baş prokuror Zakir Qaralovun müvafiq əmrləri ilə hər üç rayon prokuroru aşağı vəzifəyə təyin olunub.

Belə ki, Şamaxı rayonunun sabiq prokuroru Füzuli Musayev Lənkəran rayon prokurorunun köməkçisi, Oğuz rayonunun sabiq prokuroru Afər Nəsirov Yevlax rayon prokurorunun köməkçisi, Sabirabad rayonunun sabiq prokuroru Seyfulla Aslanov isə Baş Prokurorluqda idarə prokuroru təyin edilib.

Qeyd edək ki, bu il respublika üzrə 10-dan çox rayon prokurorunun səlahiyyət müddəti başa çatır. Bu yaxınlarda daha bir neçə rayon prokurorunun dəyişdiriləcəyi gözlənilir.

AzNews.az