İnsan alveri qurbanları müzakirə olundu

"Azərbaycan miqrantların hüquqları baxımından bir çox ölkələrlə müqayisədə inkişaf etmiş ölkələr sırasındadır. Burada 5 ildən az olmayaraq daimi yaşayan miqrantlara hətta prezident seçkilərində səsvermə hüququ də verilir".
Bunu insan alverinə dair keçirilən müzakirədə Beynəlxalq Miqrasiya Təşkilatının ölkə üzrə nümayəndəliyinin rəhbər əvəzi Serhan Aktoprak bildirib.

Tədbirdə BMT-nin İctimai İnformasiya Departamenti (UNDPİ) Beynəlxalq Miqrasiya Təşkilatı (İOM) ilə birgə Miqrasiyada Tendensiyalar və BMT-nin bu sahədə gördüyü işlər müzakirə olunub.

Serhan Aktoprak insan alveri ilə bağlı bəzi məqamları açıqlayaraq dünyada uşaqların, eləcə də kişi və qadınların cinsi istismara, əməyin istismarına o cümlədən məcburi dilençiliyə məruz qaldığını deyib.

Onun sözlərinə görə, hər kəs insan alverinin qurbanı ola bilər və bunun qarşısını almaq üçün maarifləndirmə tədbirlərinə ehtiyac var.

Qeyd edək ki, tədbirin məqsədi miqrasiya məsələləri ilə maşğul olan beqnəlxalq təşkilatları məlumatlandırmaq, dünyada insan alveri və eyni zamanda, təşkilatın Azərbaycandakı fəaliyyəti haqqında maarifləndirməkdir.

Bahar Rüstəmli
AzNews.az