Lənkəranda uçan körpü barədə – Yeni Xəbər

Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 186-cı kilometrliyində, Lənkəran rayonunun Liman şəhəri ərazisində Boladiçay üzərində yerləşən qəzalı körpünün aşırım tirlərinin sökülməsinə başlanılıb.


AzNews.az xəbər verir ki, bu barədə məlumatı "Azəryolservis" ASC yayıb. Bildirilir ki, ötən gün axşam saatlarından nəqliyyat vasitələrinin müvəqqəti hərəkəti üçün çay yatağına boru düzülərək alternativ yol salınıb. Nəqliyyat vasitələri müvəqqəti salınan yolla hərəkətlərinə davam edə bilərlər. Hələlik yeni salınan müvəqqəti yollun hərəkət hissəsi eyni vaxtda yalnız bir istiqamətə hərəkətə imkan yaradır. Bu üzdən nəqliyyat vasitələrinə növbəli şəkildə sözügedən yolla hərəkət etmələrinə icazə verilir. Hazırda müvəqqəti yolun hərəkət hissəsinin genişləndirilməsi işləri aparılır və yaxın müddət ərzində həmin yolla hər iki istiqamətə maneəsiz hərəkət tam təmin olunacaq.

Xatırladaq ki, Lənkəran rayonunun Liman şəhəri ərazisində Boladiçay üzərində yerləşən körpüdə ağır yüklü maşınların intensiv hərəkəti nəticəsində 12 may tarixində, axşam saat 20:00 radələrində körpünün orta aşırımında 3 ədəd aşırım tiri sınıb. Nəticədə körpü qəzalı vəziyyətə düşüb. Nəqliyyatın hərəkəti körpü üzərində tam məhdudlaşdırılıb.

Körpü 1961-ci ildə inşa edilib. Ümumi uzunluğu 50 metr, eni isə 7 metr olan körpü 3 aşırımdan ibarətdir.
image description image description image description image description