Aprel ayının yekunları göstərir ki, mənzillərin qiyməti 8 faizə yaxın azalıb. Qiymət azalmaları sadəcə manat deyil, eyni zamanda dollar ifadəsində də özünü göstərməkdədir. Azalma tendensiyasının payızadək davam edəcəyi proqnozlaşdırılır. Aprel ayının yekunları göstərir ki, mənzillərin qiyməti 8 faizə yaxın azalıb. Qiymət azalmaları sadəcə manat deyil, eyni zamanda dollar ifadəsində də özünü göstərməkdədir. Azalma tendensiyasının payızadək davam edəcəyi proqnozlaşdırılır.

Yaxın aylarda əmlak bazarında qiymətlər necə olacaq? – Şərh

Aprel ayının yekunları göstərir ki, mənzillərin qiyməti 8 faizə yaxın azalıb. Qiymət azalmaları sadəcə manat deyil, eyni zamanda dollar ifadəsində də özünü göstərməkdədir. Azalma tendensiyasının payızadək davam edəcəyi proqnozlaşdırılır.


AzNews.az xəbər verir ki, iqtisadçı-ekspert Vüqar Bayramov əmlak bazarında tələbin kəskin azaldığı üçün real satış qiymətində azalmaların müşahidə edildiyini deyib. O, mənzillərin qiymətinin dəyişməsinin bir neçə amillə bağlı olduğunu vurğulayıb: "Bazarda alıcıların sayı az olduğu üçün praktik olaraq qiyməti satıcıdan daha çox ev alan diqtə edir. Məsələn, bizim monitorinqlər göstərir ki, öz mənzilini son qiymət olaraq 125 min manat təklif edən satıcı real alıcı olduğu halda hətta 110 min manata razılaşır. Bu isə, təklif qiyməti ilə real satış qiyməti arasında kəskin fərqin olmasından xəbər verir.

İkincisi, Rusiyaya tətbiq edilən sanksiyaların qüvvədə qalması şimal qonşumuzda yaşayan azərbaycanlıların Bakının mənzil bazarına tələbini azaldıb. Əksinə, onların bir qismi Azərbaycandakı əmlakını sataraq qiyməti daha çox ucuzlaşmış Rusiya və Ukrayna şəhərlərində mənzil almağa üstünlük verirlər.

Üçüncüsü, qlobal iqtisadi çətinliklə bağlı olaraq nəinki Azərbaycanda, eləcə də bütün qonşu ölkələrdə vətəndaşlar daha çox yığıma üstünlük verirlər ki, bu da mənzillərə tələbi azaldıb.

Dördüncüsü, neftin dünya bazar qiymətinin aşağı düşməsi ölkə ixracatının azalmasına və bununla da pul dövriyyəsində valyutanın payının məhdudlaşmasına səbəb olub".

V.Bayramov Bakıda mənzillərin qiymətinin son illər kəskin artmasının praktik olaraq, qiymətlərin tavana dirənməsinə səbəb olduğunu deyib: "Bunlar isə o deməkdir ki, mənzil bazarında yaxın aylar üçün qiymət artımları gözlənilmir".