“Biz hamımız ölkə başçısının da vurğuladığı kimi xalqa, insanlara xidmət etməliyik” “Biz hamımız ölkə başçısının da vurğuladığı kimi xalqa, insanlara xidmət etməliyik”

“Biz hamımız xalqa xidmət etməliyik” – Qənirə Paşayeva

“Biz hamımız ölkə başçısının da vurğuladığı kimi xalqa, insanlara xidmət etməliyik”


AzNews.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva özünün Facebook səhifəsində yazıb.

Qənirə Paşayeva bildirib ki, bütün məmurlar, o cümlədən yerlərdə çalışan idarə və qurum rəhbərləri, millət vəkilləri olaraq hamı həmin çıxışdan nəticə çıxarmalıdır: "Biz hamımız ölkə başçısının da vurğuladığı kimi xalqa, insanlara xidmət etməliyik. Cənab prezidentimiz çox ciddi göstərişlər verdi və inanırıq ki, onlar həyata keçəcək. İlk öncə isə bu böyük faciə nəticəsində zərər çəkən insanlarımıza lazım olan bütün dəstək göstəriləcək".

Millət vəkili qeyd edib ki, faciə nəticəsində zərər çəkən insanların itkisini onların əzizlərinə qaytarmaq mümkün deyil: "Amma yaralarını sarımaq üçün hamımız bu günlərdə onlarla birlikdə olduğumuzu göstərməli, acılarını paylaşmalı, ən azı mənəvi dəstək olmalıyıq".

Bahar RÜSTƏMLİ
AzNews.az