Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Ramazan ayının başlanması ilə əlaqədar fətva verib. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Ramazan ayının başlanması ilə əlaqədar fətva verib.

Ramazan ayı ilə bağlı fətva verildi

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Ramazan ayının başlanması ilə əlaqədar fətva verib.


AzNews.az xəbər verir ki, bununla əlaqədar Qazılar Şurası bu gün iclas keçirib. İclasda bildirilib ki, Ramazan ayının ilk günü bu il Miladi təqvimi ilə iyunun 18-nə təsadüf edir. İyun ayının 17-si orucluğun niyyət gecəsidir. Ayın görünməsindən asılı olaraq Ramazan Bayramı Şəvval ayının birinə (miladi təqvimlə iyulun 19-na və ya 20-nə) təsadüf edəcək.

QMİ Ramazan Şamaxı Astrofizika Rəsədxanası ilə birgə xüsusi cədvəl və yaddaş kitabçası hazırlayıb.

Cədvələ əsasən, Qədr gecələri Ramazan ayının 18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə, və 26-dan 27-nə keçən gecələrə (iyul ayının 5-dən 6-a, iyul ayının 7-dən 8-nə, iyulun 9-dan 10-a, iyulun 13-dən 14-ə keçən gecə) təsadüf edir.

Şəvval ayının 1-i isə (18 iyul) Fitr bayramıdır.

Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtında (Ramazan ayının son günündə) çıxarılması və imkansızlara verilməsi İslamda vacib əməllərdəndir. Bu, ehtiyacı olanların da bayram sevinci yaşamasına şərait yaradır. Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailənin hər bir üzvü üçün fitrə zəkatı verməsi vacibdir.

Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.

Qeyd edək ki, Ramazan ayının gəlişi qonşu ölkələrdə zaman fərqilə qeyd oluna bilər. Bu baxımdan Ramazan bayramı da fərqli gündə qeyd edilə bilər. Qafqaz Müsəlmanlar İdarəsinin bəyanatına əsasən, bundan sonra Azərbaycanda dini bayram günləri ilə bağlı fətvalar yalnız Şamaxı Astrofizika Rəsədxanasının rəyi əsasında verilir.

Ötən il müqəddəs ay iyun ayının 29-da başlamışdı. Nazirlər Kabineti bu il Ramazan bayramının 17, 18 iyulda qeyd ediləcəyini açıqlamışdı.