Hava yağmursuz keçəcək Hava yağmursuz keçəcək

Çətirə ehtiyac yoxdur

Hava yağmursuz keçəcək

Oktyabrın 16-da paytaxtda hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, sabah Bakıda cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-18, gündüz 21-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-19, gündüz 23-28, dağlarda gecə 4-9, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza əsasən oktyabrın 16-17-də Abşeron yarımadasında biometeoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olacaq.

Elnarə Əlosmanqızı
AzNews.az