Xəbər verildiyi kimi, I Avropa Oyunları ərəfəsində rayonlardan gələn nəqliyyat vasitələrinin Bakıya girişinə qadağa qoyulub. Baş nazirin müavini, Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının sədri Abid Şərifov isə qadağa ilə bağlı qeyd edib ki, həmin qəbildən olan avtomobillər Bakıya yalnız gecə saatlarında buraxılacaq. Xəbər verildiyi kimi, I Avropa Oyunları ərəfəsində rayonlardan gələn nəqliyyat vasitələrinin Bakıya girişinə qadağa qoyulub. Baş nazirin müavini, Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının sədri Abid Şərifov isə qadağa ilə bağlı qeyd edib ki, həmin qəbildən olan avtomobillər Bakıya yalnız gecə saatlarında buraxılacaq.

Bu mövsümdə Bakı sakinləri bahalıqla qarşılaşacaq” – Ekspert rəyi

Xəbər verildiyi kimi, I Avropa Oyunları ərəfəsində rayonlardan gələn nəqliyyat vasitələrinin Bakıya girişinə qadağa qoyulub. Baş nazirin müavini, Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının sədri Abid Şərifov isə qadağa ilə bağlı qeyd edib ki, həmin qəbildən olan avtomobillər Bakıya yalnız gecə saatlarında buraxılacaq.


Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu olaya münasibət bildirib.
O, AzNews.az-a deyib ki, bu qadağa nəticəsində bir aydır ki, rayonlardan gələn kənd təşərrüfatı məhsulları alvercilərin əlinə geçib: "Alvercilər də bundan istifadə edərək özləri üçün süni qiymət artımı yaradırlar. Kəndçi min əziyyətlə yetişdirdiyi məhsulu avtomobilinə yığıb şəhərə gətirir. Qadağa isə onlara bu istəyi həyata keçirməyə maneçilik törədir. Nəticədə həmin məhsullar alverçilərin kurasiyasına daxil olur. Bu isə istehlakçıların hüquqlarının pozulması deməkdir".



E.Hüseynov əlavə edib ki, avtomobillərin Bakıya daxil olmasına qoyulan məhdudiyyət başqa bir yolla həll olunmalıdır: "Mən inanmıram ki, yaxın müddətə bu baryer aradan götürülsün. Hələ bu məsələdə süni maneələr də yaranacaq. Yol polisi bəhanə edərək kənd təsərrüfatı məhsullarının şəhərə girişinə mane olacaq. Qurunun oduna yaş da yanacaq. Bəzən haqlı olan sahibkarlar da Bakıya məhsul gətirməkdən imtina edəcək. Bu mövsümdə Bakı sakinləri bahalıqla qarşılaşacaq, kəndçilər isə dolanışıqlarını itirəcək. Azərbaycanda bu problemin həlli üçün Kanada variantından istifadə edilə bilər. O varianta görə, ictimai nəqliyyat dəqiq işlədiyindən avtomobil sahiblərinin 40 faizi öz avtomobillərindən imtina edir. Məncə məhdudiyyət qoymaq əvəzinə ictimai nəqliyyatın keyfiyyətini artırmaq lazımdır".

Bahar RÜSTƏMLİ
AzNews.az