- Köhnə - Cəmiyyət
- 4 İyul 2015 13:54
- 3 873
“Qədim xalçaların Azərbaycandan çıxarılması mümkünsüzdür” - Ekspert

Azərbaycana aid 2 xalça Ermənistana aparılıb.
Bu haqda məlumatı Ermənistanın "Çorrord işxanutyun" qəzeti yayıb.
Məlumata görə, 2014-cü ildə aparılan xalcanın qiyməti 600, 2011-ci ildə aparılan xalçanın qiyməti isə 8,5 min dollar olub. Qəzet iddia edir ki, xalçalar Ermənistana Gürcüstandan keçirilib.
Bu olaya sənətşünaslıq namizədi, YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə eksperti Sənubər Bağırova münasibət bildirib.
O, AzNews.az-a deyib ki, əgər bu fakt doğrudursa, ilk öncə bu xalçaların Azərbaycandan neçə çıxarılmasını araşdırmaq lazımdır:
"Qədim xalçaların Azərbaycandan çıxarılması mümkünsüzdür. Əgər belə bir xalça aparırlarsa, gərək Mədəniyyət və Turizm Nazirliyindən məxsusi icazə alınmalıdır. Xalçaların Azərbaycandan təyyarə yolu ilə aparılması da qeyri-mümkündür. Ola bilsin ki, bu xalcalar qatar yolu ilə aparılıb. Amma orada da gömrük xidməti var".
S.Bağırova əlavə edib ki, istənilən halda belə hadisələr xoşagələn deyil.
Xatırladaq ki, Azərbaycana aid iki xalçanın Ermənistana aparılması barədə məlumat "Modern.az" saytında yer alıb.
Bahar RÜSTƏMLİ
AzNews.az