Xəbər verdiyimiz kimi, iyulun 4-də tanınmış vəkil Anar Qasımlı "125-lər" Siyasi Klubundan ayrılıb. O, istefa səbəbini açıqlamayıb. Xəbər verdiyimiz kimi, iyulun 4-də tanınmış vəkil Anar Qasımlı "125-lər" Siyasi Klubundan ayrılıb. O, istefa səbəbini açıqlamayıb.

İlhamiyyə Rza təşkilatındakı istefadan xəbərsizdir – Açıqlama

Xəbər verdiyimiz kimi, iyulun 4-də tanınmış vəkil Anar Qasımlı "125-lər" Siyasi Klubundan ayrılıb. O, istefa səbəbini açıqlamayıb.


Bu Klubun sədri İlhamiyyə Rza hadisədən xəbərsiz olduğunu bildirib: "Bu məlumat harada və nə vaxt gedib?".

O, AzNews-az-a xəbəri olmadığı məsələ ilə bağlı heç bir şərh verə bilməyəcəyini deyib:"Qoy araşdırım, görüm nə məsələdir".

"125-lər" Siyasi Klubunun təsisçisi və eyni zamanda üzvlərindən biri, millət vəkili İqbal Ağazadə isə Anar Qasımlının istefası haqda sualı cavabsız qoyub. Xatırladaq ki, bir müddət öncə bu Klubun sədr müavini, hüquqşünas Xalisə Şahverdi də sözügedən qurumu tərk edib.

Bahar RÜSTƏMLİ