Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əmri ilə qanunvericiliyin tələbinə əsasən, genetik modifikasiya olunan bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılan kənd təsərrüfatı bitki materiallarının və ya genetik modifikasiya olunan bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarının qanunsuz dövriyyəsinin qarşısının alınması və istehlakçıların hüquqlarının qorunması məqsədilə bir sıra zəruri tədbirlərin görülməsi qərara alınıb. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əmri ilə qanunvericiliyin tələbinə əsasən, genetik modifikasiya olunan bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılan kənd təsərrüfatı bitki materiallarının və ya genetik modifikasiya olunan bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarının qanunsuz dövriyyəsinin qarşısının alınması və istehlakçıların hüquqlarının qorunması məqsədilə bir sıra zəruri tədbirlərin görülməsi qərara alınıb.

Hökumət geni dəyişdirilmiş mallarla bağlı hərəkətə keçdi - Reaksiya

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əmri ilə qanunvericiliyin tələbinə əsasən, genetik modifikasiya olunan bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılan kənd təsərrüfatı bitki materiallarının və ya genetik modifikasiya olunan bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarının qanunsuz dövriyyəsinin qarşısının alınması və istehlakçıların hüquqlarının qorunması məqsədilə bir sıra zəruri tədbirlərin görülməsi qərara alınıb.

Komitənin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən ticarət şəbəkələri, satış nöqtələri və bazarlardan 20 adda məhsuldan nümunə götürülərək laborator müayinə üçün komitənin Təcrübə - Sınaq Mərkəzinin (AzTest) GMO məhsulların sınağı laboratoriyasına təqdim edilib.

Bu nümunələr 5 adda düyü, 2 adda soya, qarğıdalı, qarğıdalı turşusu, yaşıl noxud, lobya, yemiş, qarpız, bulğur, arpa yarması, kartof çipsisi, sezar sousu, italyan ketçupu, badamlı və vaflili südlü şokolad məhsullarıdır. Artıq 4 adda düyü, 2 adda soya, qarğıdalı, qarğıdalı turşusu, yaşıl noxud, lobya, yemiş, qarpız, bulğur məhsullarından götürülən nümunələrin sınaqları başa çatıb.

Sınaq nəticələrinə əsasən, adıçəkilən məhsulların tərkibində GMO aşkar edilməyib. Digər məhsulların sınağı isə davam edir. Sınaq nəticələri davamlı olaraq ictimaiyyətə açıqlanacaq.

Məlumat üçün bildirək ki, "Yeyinti məhsulları haqqında" qanunun 9-cu maddəsi ilə yeyinti məhsullarının istehsalında genetik modifikasiya olunan bitkilərin genetik materiallarının istifadəsi qadağan olunub.

"Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 28 aprel 2015-ci il 1266-IVQD nömrəli qanununa əsasən elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunan bitkiləri, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılan kənd təsərrüfatı bitki materiallarını və ya genetik modifikasiya olunan bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarını istehsal etmə və həmçinin istehsal olunan məhsulları xeyli miqdarda bilə-bilə idxal etmə və ya satma üçün cinayət məsuliyyəti müəyyən olunub.

Qeyd edək ki, bir müddət əvvəl Azad İstehlakçılar Birliyinin sədri, ekspert Eyyub Hüseynov AzNews.az-a açıqlamasında Azərbaycana gətirilən kənd təsərrüfat məhsuları ilə bağlı sensasion məlumatlar vermişdi. Bildirmişdi ki, hər gün istifadə etdiyimiz pomidorların 80, qarpızların 70, kartofların 40, qırmızı bibərlərin isə 98 faizinin geni modifikasiya olunub. Yazını BURADAN oxuya bilərsiniz.

Bundan əlavə Milli Məclisin Aqrar məsələlər komitəsinin sədri Eldar Ibrahimov sözügedən məsələ ilə bağlı saytımıza müsahibəsində (yazını BURADAN oxuya bilərsiniz) GMO tərkibli məhsulların böyük təhlükə mənbəyi olduğunu bildirmişdi.