Ötən gün Azercell-in müştərilərinə qurduğu “texniki tələ” ilə bağlı xəbər vermişdik. Xəbərdə faktlarla şirkətin necə öz istifadəçilərinə maddi ziyan vurduğu sübuta yetirilmişdi. Ötən gün Azercell-in müştərilərinə qurduğu “texniki tələ” ilə bağlı xəbər vermişdik. Xəbərdə faktlarla şirkətin necə öz istifadəçilərinə maddi ziyan vurduğu sübuta yetirilmişdi.

Azercell-ə qarşı kütləvi etiraz - Müştərilər narazıdır (FOTO)

Ötən gün Azercell-in müştərilərinə qurduğu “texniki tələ” ilə bağlı xəbər vermişdik. Xəbərdə faktlarla şirkətin necə öz istifadəçilərinə maddi ziyan vurduğu sübuta yetirilmişdi.


AzNews.az-ın bu xəbəri cəmiyyət arasında geniş müzakirələrə səbəb olub və sosial şəbəkələrdə Azercell-ə qarşı kütləvi etiraz başlayıb.

Bu etirazlar qalırdığımız problemin aktuallığını və şirkətin fəaliyyətindən nə qədər müştərinin narazı olduğunu göstərir.

Mobil operatorun fırıldağından ziyan çəkənlərin facebook-da yazdıqları şərhlərin bəzilərini diqqətinizə çatdırırıq:

Etibar Meherremov: O ziyan mene de dəyib. 1mantliq kontur yüklədim, zəng eləmək istədim getmdi, mesaj gəldi ki, sizin 50 megabayt aktivdir, mobil verssiyanı aşdim hec yere girmədi. Haramınız olsun, burnnuzdan gəslin.

Fexreddin Rzayev: Düz yazılıb, bezdiriblər artiq. Kontur oğurlayırlar, deyesən ev telefonuna keçmək vaxtıdı.

Arzu Huseynov: Azercell-ın adını iynəcell qoysalar daha yaxşı olardı

Elxan Behbudov: fırıldaqcell dəyişək inkişaf edek.

Nazim Niftaliyev: fırıldaqçıdılar

Ramin Məlikov: Bəli düzdür 3 5 fərqi yoxdur neçə manatlıq MB götürmək istəyirsənsə gəlmir. Müştəriyə zərər dəyir. Bunlar uje təmiz affyorluq edirlər, bu qədər əhalinin bunlara ünvanladığı mesajlardan utanıb qızarmırlar da.

Ramin Məlikov: Azercell həmişhə belədir də. Birinci dəfə deyil ki. Bunlar öyrəşiblər fırıldaqçılığa.

Mamed Zeynalov: 5 manat yuklədim. Mən sifariş eləmədən balansımdan pul cıxıb 500 MB internet yükləyiblər. Xalqın cibinə girir bu ogrular.

Tebriz Taqiev: Eyni hadisə ilə mən də rastlaşmişam. Bəs bu muşterilerə dəyən zərəri kim ödəyəcək?

Натиг Гейдаров: Nifrət eləyirəm Azersell xidmetinə. Başımı aldatdı data kart verdi 9 manata, heçnə sıfır dərəcə, bağlatmaq istədim 40 manatımı aldı sonra xəttimi bağladı. Durduğum yerdə hər gün 50 qəpiyimi silir. Daha bezmişəm bu xidmətdən. Ayıb olsun.18 ildir ki bu xidmətdən istifadə edirəm, o qeder pullarım gedib ki bu xəttə. Haramları olsun.









Vüsal QARAYEV
AzNews.az