Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə iyulun 31-də abituriyentlər üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul kampaniyası ilə əlaqədar videokonfrans keçirəcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə iyulun 31-də abituriyentlər üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul kampaniyası ilə əlaqədar videokonfrans keçirəcək.

Məleykə Abbaszadə abituriyentlərə cavab verəcək - Videokonfrans

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə iyulun 31-də abituriyentlər üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul kampaniyası ilə əlaqədar videokonfrans keçirəcək.



TQDK-dan AzNews.az-a verilən məlumata görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim-Tədris Mərkəzində təşkil olunacaq konfrans saat 15:00-da başlayacaq.

Videokonfransda Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Şirvan, Şəki və Şərur şəhərlərində yaşayan abituriyentlər onlayn formada iştirak edə bilərlər.

Bunun üçün konfrans keçirilən mərkəzlərə saat 14:00-da gələrək qeydiyyatdan keçmək tələb olunur. Konfransa qoşulmaq istəyən abituriyentlər Elektron Hökumət Təlim-Tədris Mərkəzinin qeyd olunan şəhərlərdə yerləşən ünvanlarına müraciət edə bilərlər.

Gəncə şəhəri: Əhməd Cəmil küçəsi ev 1.

Mingəçevir şəhəri: Vəli Hüseynov küç. 4

Lənkəran şəhəri: Heydər Əliyev 1

Sumqayıt şəhəri: Heydər Əliyev prospekti, 4 mkr

Şəki şəhəri : M.Ə.Rəsulzadə 156 A

Şirvan şəhəri : M.Ə.Rəsulzadə küçəsi 1

Şərur şəhəri: Heydər Əliyev prospekti 37A.

Qeyd edək ki, konfransda abituriyentlərə qəbul prosesi ilə bağlı bir çox vacib məlumat və tövsiyələr verilməklə yanaşı onları maraqlandıran suallar da cavablandırılacaq.