- Köhnə - Cəmiyyət
- 22 Avqust 2015 11:56
- 3 819
Valideynlərə şad xəbər - Evdən çıxmadan 12 xidmətdən istifadə edəcəklər

"Elektron Hökumət" portalı valideynlərin də işini asanlaşdırır.
AzNews.az "Elektron Hökumət" portalına istinadən xəbər verir ki, yeni rəqəmsal metodların ənənəvi idarəçilik metodlarını əvəz etdiyi zamanda Respublikamızda uşaqlar və valideynlər üçün də səmərəli elektron mühit mövcuddur.
Hazırki vaxtda elektron xidmətlərin inkişafı məhz yeni nəslin tələbləri əsasında aparılır. Evdəki 3 yaşlı uşaqdan başlayaraq, cəmiyyətin yaşca ən kiçik üzvlərinin elektron cihazlara və vasitələrə olan böyük marağını nəzərə alsaq, elektron transformasiya uşaqların perspektivindən inkişaf etdirilməlidir.
Bildiyiniz kimi, bu gün "Elektron Hökumət" portalı cəmiyyətin müxtəlif statuslu üzvlərinə elektron xidmət göstərən vahid xidmət məkanıdır. Portalda cəmiyyətin yaşca ən kiçik üzvləri ilə bağlı müxtəlif məzmunlu e-xidmətlər mövcuddur. Belə elektron xidmətlər vaxtaqənaət və əlavə enerji sərfinin qarşısını alaraq valideynlərə öz uşaqlarına daha çox qayğı göstərmək imkanı yaradır.
Beləki, portal üzərindən valideynlərə təqdim olunan xidmətlər doğumun qeydiyyatından tutmuş körpəyə adın seçilməsi zamanı adın mənasının araşdırılmasına qədər bütün imkanları onlayn olaraq əldə etmək imkanı verir. Uşaqların sağlam inkişafı üçün çox mühüm olan profilaktik peyvəndlər və dərman vasitələri barədə məlumatları valideynlər portal üzərindən öyrənə bilərlər. Həmçinin, övladlığa uşaq götürməyi qərara alan valideynlərə portal vasitəsilə aidiyyatı quruma elektron müraciət etmək imkanı verilir.
Hazırda, "Elektron Hökumət" portalı üzərindən xüsusilə körpə sahibi olan valideynlər üçün aşağıdakı e-xidmətlər təklif olunur:
Doğumun qeydiyyatı üçün elektron müraciət Uşağın anadan olmasına görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi
"Doğum haqqında tibbi şəhadətnamə" elektron registrindən məlumatların verilməsi
Uşağın üç yaş tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi
İmmunoprofilaktika üzrə məlumatın verilməsi
Profilaktik peyvəndlərin vaxtı barədə SMS vasitəsilə xəbərdarlıq verilməsi
Dərman vasitələri haqqında məlumatın verilməsi
Vətəndaşlara elektron sağlamlıq kartı üzrə məlumatların verilməsi
Soyadın, adın və ata adının dəyişdirilməsi üçün elektron müraciət
Övladlığa götürmək üçün elektron müraciət
Ölkələrarası övladlığa götürmə üçün müraciətin və sənədlərin qəbulu
Azərbaycan adları barədə məlumatın verilməsi
Atalığı müəyyən etmək üçün elektron müraciət
Bu gün portal üzərindən e-xidmətlərin istifadəsinə və daxil olan müraciətlərə nəzər saldıqda belə bir paradoks müşahidə edilməkdədir. Gənc valideynlər portal vasitəsilə uşaqlarını xidmətlə təmin etdikləri halda, əksər valideynlərin "Elektron Hökumət" portalı üzrə bələdçiləri məhz müasir komputer biliklərinə yiyələnmiş övladlarıdır. Bu prizmadan yanaşsaq görərik ki, elektron xidmət istifadəçilərinin əksəriyyəti məhz elə yeniliyə tez uyğunlaşan və gələcəyimiz olan uşaqlardır.
Xalid