Bu gün “Modern.az” saytının 6 yaşı tamam olub. 2009-cu il sentyabrın 1-dən onlayn formada fəaliyyətə başlayan xəbər saytı ötən 6 il ərzində mediada özünəməxsusluğu ilə seçilib. Bu gün “Modern.az” saytının 6 yaşı tamam olub. 2009-cu il sentyabrın 1-dən onlayn formada fəaliyyətə başlayan xəbər saytı ötən 6 il ərzində mediada özünəməxsusluğu ilə seçilib.

6 yaşını qeyd edən Modern.az: “İmkanlarla istəklər üst-üstə düşmür“

Bu gün “Modern.az” saytının 6 yaşı tamam olub. 2009-cu il sentyabrın 1-dən onlayn formada fəaliyyətə başlayan xəbər saytı ötən 6 il ərzində mediada özünəməxsusluğu ilə seçilib.




"Modern.az"ın baş redaktorunun birinci müavini Əfqan Qafarlı AzNews.az-a bildirib ki, saytın 6 yaşı münasibətilə gələn çoxsaylı təbrik mesajlarına baxdıqca, ötən illər ərzində boş yerə çalışmadıqlarına, böyük bir oxucu auditoriyası qazandıqlarına əminlikləri artır:
"Özündənrazılıq yaxşı şey deyil. Əgər əməyimiz belə yüksək qiymətləndirilirsə, hamı tərəfindən ciddi KİV olaraq qəbul ediliriksə, deməli bundan sonra daha yaxşı çalışmağa dəyər. Yenə qeyd etmək istəyirəm, təəssüf ki, imkanlarla istəklər üst-üstə düşmür. Öz timsalımızda Azərbaycan jurnalistlərinə həmişə fikrini azad, sərbəst ifadə edə bilmək imkanı əldə etməyi, kimlərinsə hədələrinə məruz qalmamağı, yaxşı maaş, ortaya qoyduğu sanballı yazının müqabilində mükafat almağı, əmək müqaviləsi ilə işləməyi, əmək qanunvericiliyinə uyğun məzuniyyətə çıxa bilməyi, daha peşəkar olmağı, "reket" jurnalistikasından yaxa qurtarmağı arzulayıram.
Bizə ünvanlanan təbrik mesajlarında "belə davam edin" deyə qeyd edirlər. Amma belə davam etmək yəqin ki yerində saymaq olar. Ona görə, də işimizdə dəyişiklik, yenilik mütləq vacibdir".





Saytın əməkdaşı Gülşən Raufqızının fikrincə, o, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirsə də, jurnalistikaya aid hər nə varsa, Modern.az-da öyrənib: "Bura mənim doğma evimdir. Elşad Eyvazlı başda olmaqla Əfqan Qafarlı, Azər Hüseynbala kimi redaktorlarla çalışmaq mənim üçün sözün əsl mənasında uğurdur. Bu gün kiçik də olsa nailiyyətim varsa bunu baş direktorumuz Elşad Eyvazlıya borcluyam. Baş redaktorumuz Əfqan müəllim isə ayrı bir dünyadır. Düşünürəm ki, bir insan səbr, təmkin, böyüklük və etibarlılığı özündə cəmləşdirə bilib. Belə peşəkar, səmimi, sadə kollektivdə çalışdığıma çox sevinirəm. Əslində ad günü ilə bağlı aldığımız təbriklərin ümumi nəticəsi Modern.az-ın obyektiv, dəqiq, operativ, dedi-qodudan uzaq olduğunun sübutudur. Düşünürəm ki, Modern.az məktəb yaşına çatsa da məktəbli qədər kövrək deyil, ona olan etimadı doğruldaraq daha əmin addımlarla irəliləyir".



Bahar RÜSTƏMLİ
AzNews.az