Gənc mühəndislərin forumu keçiriləcək

Noyabrın 24-də gənc mühəndislərin forumu keçiriləcək. Bu barədə AzNews.az-a forumun keçirilməsində təşəbbüskar tərəf - Xəzər Mühəndislər İctimai Birliyindən (CES) bildirilib.

Məlumatda deyilir ki, forumun əsas məqsəd, ölkəmiz üçün aktual olan mühəndisliklə bağlı təhsil, texnoloji inkişaf və sənayeyə kimi mövzuların müzakirəsidir.

Forum, eləcə də gənc mühəndislərin şəbəkəsinin genişləndirilməsi üçün geniş imkanlar yaradacaq.

Gənc mühəndislər və tələbələr forum zamanı mühəndisliyin inkişafı ilə bağlı sualları bir başa dövlət rəsmilərinə, şirkətlərin nümayəndələrinə və beynəlxalq mühəndislik qurumları rəhbərlərinə verə biləcəklər.

Azərbaycan Gənclər Fondu tərəfindən maliyyələşən forumda, ölkəmizdə mühəndisliyin inkişafı üçün aktual olan məsələlərə də toxunulacaq.

Forum çərçivəsində müxtəlif nominasiyalar üzrə İllik Mühəndislik Mükafatları da təqdim olunacaq.

S.Babayeva
AzNews.az