Saxta məktəbli geyimlərinin satışının qarşısı alınıb. Saxta məktəbli geyimlərinin satışının qarşısı alınıb.

Saxta məktəbli forması satan mağaza aşkarlandı - Rəsmi

Saxta məktəbli geyimlərinin satışının qarşısı alınıb.


Bu barədə AzNews.az-a İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən məlumat verilib.

Qurum tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, mənzil 70 ünvanında fəaliyyət göstərən fiziki şəxs Vüqar Rzayevə məxsus mağazada aparılan yoxlama zamanı digər sahibkarlıq subyektinə məxsus əmtəə nişanından qanunsuz istifadə edilməklə haqsız rəqabətə yol verildiyi müəyyən olunub.

Mağazada "Bakı Tikiş Evi" ASC-yə məxsus "BTE" və "BTE Apparel" əmtəə nişanlarından qanunsuz istifadə edilməklə istehsal olunmuş saxta məktəbli geyimlərinin satışının həyata keçirildiyi aşkarlanmış və həmin mallar ticarət dövriyyəsindən çıxarılmışdır.
Yol verilmiş qanun pozuntusu ilə əlaqədar fiziki şəxs Vüqar Rzayev barəsində qanunamüvafiq tədbirlər görülür.

Sevinc Yasinqızı
AzNews.az