“Mingəçevirdə vəziyyət yaxşıdır. Dağıntılar yoxdur”. “Mingəçevirdə vəziyyət yaxşıdır. Dağıntılar yoxdur”.

Mingəçevir İH: “Yüngülvari zədələnmələr olsa…”

“Mingəçevirdə vəziyyət yaxşıdır. Dağıntılar yoxdur”.


Bunu AzNews.az-a Mingəçevir rayon icra hakimiyyətinin ümumi şöbəsinin müdiri Hikmət Kərimov deyib. Bildirib ki, icra hakimiyyətinin nümayəndələri zəlzələ ilə bağlı ərazilərdə araşdırma aparır: "Rayonda elə də ciddi bir problem yoxdur. Demək olar ki, dağıntılar və çatlar yox səviyyəsindədir. Əhali arasında da narahatçılıq yoxdur. Bu təbii bir təbiət hadisəsidir. Hazırda araşdırmalar gedir. Yüngülvari zədələnmələr olsa lazımi tədbirlər görüləcək. Hazırda bizim əlaqədar təşkilatlar və əməkdaşlarımız ərazilərə dəqiq baxış keçirir. Hansısa bir məsələ ortaya çıxan kimi həll olunacaq. Yoxlanışlar bitdikdən sonra hər şey dəqiq bilinəcək".

Şöbə müdiri qeyd edib ki, onlara Mingəçevirdə zəlzələnin neçə bal olması haqda dəqiq məlumat verilməyib.

Məlumat üçün bildirək ki, millət vəkili Aydın Mirzəzadə də zəlzələ barədə yazmışdı. O, zəlzələ nəticəsində Mingəçevirdə bəzi binalarda çatlar əmələ gəldiyini bildirmişdi.

Qeyd edək ki, bu gün Azərbaycan ərazisində güclü zəlzələ qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 09:49:36-da Şəki ərazisində qeydə alınıb. Zəlzələ episentrdə 7 bal olub. Ətraf rayonlarda isə 6-5-4 və 3 bala qədər hiss olunub.

Sevinc Yasinqızı
AzNews.az