Zəlzələ qədim qala divarlarında oyuqlar açdı - Şəkidə (VİDEO)

Bu gün Şəkidə baş vermiş zəlzələdən sonra Şəkinin qədim qala divarlarında oyuqlar açılıb.


AzNews.az Kanal S-ə ( Region tv ) istinadən xəbər verir ki, Şəkidə baş verən nəticəsində zəlzələ zamanı yeraltı təkanlar nəticəsində qədim qala divarlarında müəyyən zədələnmələr qeydə alınıb. Belə ki, qala divarlarının bəzi yerlərində kiçik çatlar yaranıb. Hətta bəzi yerlərdə daşlar divardan qoparaq yerə düşüb. Zəlzələnin digər tarixi abidələrə zərər vurub-vurmaması ilə bağlı araşdırma aparılır.

"Yuxarıbaş" Tarix-Memarlıq Qoruğunun direktoru Təranə Muradova bildirib ki, zəlzələ zamanı qədim qala divarlarından başqa digər abidələrə zərər dəyməyib: "Şəkinin məşhur Xan Sarayına heç bir ziyan dəyməyib. Şəki xanlarının evində də dağıntı yoxdur, binada, tağlarda, şüşələrdə çatlar əmələ gəlməyib. Yalnız Qala divarlarının bəzi yerlərində oyuqlar açılıb. Digər abidələrə ciddi zərər dəyməyib. Bəzi yerlərdə yüngülvari suvaq qopmaları olub".