“Allah rəhmət eləsin, gözəl insan, dəyərli qonşu idi”. “Allah rəhmət eləsin, gözəl insan, dəyərli qonşu idi”.

“İlham bəy, vəziyyət gərgin olaraq qalır...“

“Allah rəhmət eləsin, gözəl insan, dəyərli qonşu idi”.

AzNews.az xəbər verir ki, bu sözləri tanınmış politoloq Elxan Şahinoğlu xalq artisti İlham Əsgərov haqda öz "Facebook" səhifəsində yazıb:
"Bu gün qəfil rəhmətə gedən qonşum Azərbaycanın xalq artisti, görkəmli aktyor İlham Əsgərov hələ iki gün öncə qapımın ağzında məni görcək illərlə verdiyi sualını təkrarlamışdı: "Elxan beynəlxalq aləmdə vəziyyət necədir?" Mən də həmişəki cavabımı vermişdim: "İlham bəy, vəziyyət gərgin olaraq qalır". Bundan sonra daha qapımın ağzında nə məşhur sualı eşidəcəm, nə də onun özünü görəcəm. Həyətimizdə ağacları kəsib ofis tikmək istəyənlərə qarşı mübarizədə ən böyük dəstəyi İlham bəydən görmüşdüm".



Xatırladaq ki, xalq artisti İlham Əsgərov sentyabrın 6-da dünyasını dəyişib. Onunla vida mərasimi bu gün yaşadığı evdə keçiriləcək.

İlham Əsgərov doğulduğu Masallı rayonunda torpağa tapşırılacaq.

Sevinc Yasinqızı
AzNews.az