Britaniyanın “Shakespeare’s Globe” teatrının dünya turnesi çərçivəsində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Hamlet tamaşası nümayiş etdiriləcək. Britaniyanın “Shakespeare’s Globe” teatrının dünya turnesi çərçivəsində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Hamlet tamaşası nümayiş etdiriləcək.

Dünyanın ən məşhur tamaşası - Bakıda

Britaniyanın “Shakespeare’s Globe” teatrının dünya turnesi çərçivəsində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Hamlet tamaşası nümayiş etdiriləcək.


AzNews.az xəbər verir ki, bu haqda məlumat Modern.az-a British Council təşkilatından daxil olub.

Dünyanın ən məşhur tamaşası 3 oktyabr 2015-ci il tarixdə British Council-in Azərbaycan Respublikasının Mədəniyyət və Turzim Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində baş tutacaq.

Şekspirin anadan olmasının 450-ci və ölümünün 400-cü ildönümünü qeyd edən Londonun "Qlobus" Teatrı 23 aprel 2014-cü il tarixindən etibarən möhtəşəm dünya turnesinə çıxmışdır. Turne iki il davam edəcək.
Bu, tamamilə misilsiz teatr sərgüzəşti "Hamlet" tamaşasını iki il müddətində dünyanın hər bir ölkəsində nümayiş etdirməkdən ibarətdir. On altı nəfərdən ibarət teatr truppası dünyanın bütün qitələrinə səyahət edərək unikal məkanlarda və əsrarəngiz teatr səhnələrində çıxış edir.

Tamaşa ingilis dilində və azərbaycan dilində tərcümə sətirlər - qaçan titrlər vasitəsilə numayiş olunacaq.